Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə deyib:
“Ötən il ərzində 3 187 vətəndaşdan müraciət daxil olub. Onlardan 890-ı KOB maraqlarının müdafiəsi ilə bağlı olub. Bu müraciətlərin 28 faizi dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 54 faizi qanunvericiliyin tələbləri izah olunmaqla tövsiyələr verilib, 11 faizi isə aidiyyəti üzrə yönləndirilib.
2020-ci ildə 4 KOB Dostu fəaliyyətə başlayıb və KOB dostlarının sayı 25-ə çatdırılıb. KOB Dostu şəbəkəsinin genişləndirilməsi üzrə işlər 2021-ci ildə də davam etdiriləcək.
Ötən ilin fevral ayında Xaçmaz KOB evi fəaliyyətə başlayıb. Xaçmaz KOB evində 20 759 xidmət göstərilib. Onlardan 95 faizi G2B (dövlət-biznes) üzrə, 5 faizi isə B2B (biznes-biznes) üzrə göstərilib.
Yaxın günlərdə isə Yevlax KOB evinin, eləcə də Bakı KOB evinin yaradılması üzrə işlər gedir”.




































