Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə Azərbaycandan qaz alışını 20 faizə qədər artırıb

Baxış: 258
Türkiyə Azərbaycandan təbii qaz idxalını 20 faizə qədər artırıb.
Bu barədə Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Agentliyi tərəfindən məlumat verilib.
2020-ci ilin dekabr ayının göstəricilərinə görə, Azərbaycan Türkiyəyə 1 milyard 102 milyon kubmetr təbii qaz ixrac edib. Bununla da ölkəmiz Rusiyadan sonra Türkiyəyə ən çox ixrac həyata keçirən ikinci ölkə olub.
Dekabr ayının göstəricilərinə əsasən Rusiya Türkiyəyə 2 milyard 948 milyon kubmetr təbii qaz ixrac edib. Azərbaycandan sonra ixrac həcminə görə 818 milyon kubmetr təbii qaz ilə İran gəlir.
Müvafiq dövr ərzində Azərbaycan Türkiyəyə qaz ixracını 18,9 faiz artırıb. Həmçinin Rusiyanın da bu ölkəyə qaz ixracında artım müşahidə edilib - 56,4 faiz. İran isə ixrac həcmini dörd faiz azaldıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.