Day, Month 00, Year
00: 00: 00 AM
Hotellərdə bəzi xidmətlərin yalnız rezervasiyası olan müştərilərə şamil edilməsinə səbəb nədir?

“Hotellərdə aparılan monitorinq proseslərinin nəticəsi olaraq ciddi nöqsanlara rast gəlinməyib. Qaydaları pozan hotellər cərimələnib, ümumilikdə isə vəziyyət qənaətbəxşdir”.
Bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov monitorinq tədbirlərinin nəticələri barədə məlumat verərkən deyib.  
“İndiki məqamda daxili turizm imkanları yaranıb. İnsanlarımız regionlara səfərlər edirlər. Hotellərdəki doluluq faizi də artıb. Xüsusilə də, qış turizminə malik ərazilərdə insanların sayında artım müşahidə edilib. Ona görə də, idarəetmə ilə bağlı müəyyən dəyişikliklər edilib və bir çox xidmətlər yalnız hoteldə rezervasiyadan keçən qonaqlara təklif olunub. Çünki əks halda istirahət mərkəzlərində kütləvilik yaranır. Bu halda risklər ortaya çıxır və bu risklər gələcəkdə epidemioloji vəziyyətə də təsir göstərə bilər”.
O qeyd edib ki, həftə içi və həftəsonu ilə bağlı məhdudiyyətlər bir qədər fərqlənir. Hazırda isə həm Qəbələ şəhərində, həm də Qusarda yerləşən qış turizm obyektlərində müəyyən məhdudiyyətlər var. O cümlədən, “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində müvafiq məhdudiyyətlər qüvvədədir. 
Xatırladaq ki, daha əvvəl Dövlət Turizm Agentliyinin qərarı ilə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətində dəyişiklik edilib.
Belə ki, koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksdəki xidmətlərdən yalnız hotel rezervasiyası olan qonaqların və mövsümi keçid biletlərinə malik olan xizəkçilərin istifadə etməsi mümkündür.


Tarix: 23-02-2021, 16:32 Oxunub: 92


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı