13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
17:39 / 17-01-2025
17:16 / 17-01-2025
17:00 / 17-01-2025
16:38 / 17-01-2025
KOBİA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən məlumat verilib.
Bildirilir ki, fevralın 18-də Ankarada keçirilmiş Türkiyə-Azərbaycan biznes forumunda hər iki ölkənin KOB sahəsində əməkdaşlığı məsələlərinə də yer verilib.
Hər iki ölkənin rəsmi şəxslərinin və iş adamlarının iştirakı ilə təşkil olunmuş biznes forumda KOBİA da təmsil olunub.
Tədbirdəki çıxışında Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB sahəsində əməkdaşlığın Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin vacib istiqamətlərindən olduğunu, KOB-ların dəstəklənməsi və yeni təşviq mexanizmlərinin yaradılması istiqamətində qardaş Türkiyənin zəngin təcrübəsinə daim xüsusi əhəmiyyət verildiyini, bu sahədə KOSGEB və Türkiyənin digər aidiyyəti qurumları ilə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.
Birgə əməkdaşlıq çərçivəsində görülən tədbirlər barədə məlumat verən KOBİA sədri əməkdaşlıq perspektivlərinə toxunaraq hər iki ölkənin KOB-ları arasında əlaqələrin təşviqi, birgə istehsal müəssisələrinin təşkili, hər iki bazar üçün mal və xidmətlərin təqdim edilməsi, eləcə də nəqliyyat-logistika və əlverişli coğrafi mövqe üstünlüklərimizdən istifadənin təşviqi istiqamətlərində tərəfdaş qurumların birgə səylərini gücləndirməsinin önəmini diqqətə çatdırıb.
Biznes forum çərçivəsində KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası (TESK) və Türk Girişim və İş Dünyası Konfederasiyası (TÜRKONFED) ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalayıb.
Bölməyə aid digər xəbərlər