13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
17:39 / 17-01-2025
17:16 / 17-01-2025
17:00 / 17-01-2025
16:38 / 17-01-2025
Mən bütün tərəfdaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Bu nəhəng layihənin inşasında iştirak edən dövlətlər - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya hökumətlərinə minnətdaram. Avropa Komissiyasına təşəkkür edirəm, çünki Azərbaycan və Avropa Komissiyası 10 il əvvəl Bakıda Cənub Qaz Dəhlizinə dair Birgə Bəyanat imzalamışdır. Bu bizim fəaliyyətmizin başlanğıc nöqtəsi idi. Bu 10 il ərzində biz Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq etmişik və Azərbaycan və Avropa Komissiyası Məşvərət Şurasının həmsədrləridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı bildirib.
ABŞ və Böyük Britaniya hökumətlərinə də təşəkkür edən dövlətimizin başçısı deyib: “Tərəfdaşlarımız olan hər iki ölkənin hökuməti bizim bütün təşəbbüslərimizi hər zaman dəstəkləmiş və Azərbaycan və onun qonşuları və tərəfdaşları ilə birlikdə əvvəllər də uğurla həyata keçirdiyi müxtəlif nəhəng layihələrin icrası zamanı bizə çox güclü dəstək vermişdir. Əlbəttə, şirkətlər bu layihəyə güclü sadiqlik nümayiş etdirməsə idi, onun reallaşa bilməsi mümkünsüz olardı. Burada həqiqətən də bu nəhəng enerji layihəsinin həyata keçirilməsi ilə bağlı vahid ideya ətrafında toplaşmış şirkətlərdən ibarət böyük bir qrup mövcuddur”.
Prezident İlham Əliyev Azərbaycan və BP arasında strateji tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.
“BP bizim strateji tərəfdaşımızdır, Azərbaycanda 27 ildir ki fəaliyyət göstərən şirkətdir və qarşıda hələ neçə onilliklər ərzində əməkdaşlığımız var. Buraya Azərbaycanda neft və qaz sahəsi, o cümlədən resursların nəqli ilə bağlı bütün əhəmiyyətli layihələr daxildir”, - deyə Azərbaycan Prezidenti bildirib.
Dövlətimizin başçısı, həmçinin Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının layihənin həyata keçirilməsinə mühüm töhfələr verdiklərini vurğulayıb.
Bölməyə aid digər xəbərlər