Day, Month 00, Year
00: 00: 00 AM
SOCAR ötən ay ərzində Ukraynaya nə qədər avtomobil benzini ixrac edib?

Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Ukraine” bu ölkəyə 2,4 min ton avtomobil benzini idxal edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun məlumatında deyilir.
Bildirilir ki, Azərbaycan şirkətinin Ukraynaya idxal etdiyi avtomobil benzini əsasən Polşa istehsalı olan yanacaqdır.
Ümumilikdə, bu ilin yanvar ayında Ukrayna bazarına avtomobil benzinin idxalı daha əvvəlki ilin analoji dövrü ilə müqayisədə 28 % artaraq 88,8 min ton təşkil edib. Bu növ yanacağın idxalı əsasən Belarusdan həyata keçirilib. Belə ki, bu ölkədən Ukraynaya idxal edilən avtomobil benzinin həcmi 2020-ci ilin ilk ayının göstəriciləri ilə müqayisədə 60 % artıb və 77 min ton təşkil edib. Ancaq 2020-ci ilin ilk rübündə Belarusdan tədarük xammal təminatında yaranmış problemlər səbəbindən iki dəfə azalıb.
Məlumata görə, Belarus istehsalı olan yanacağın 30 min ton həcmi Ukrayna şirkətləri tərəfindən spotla əldə edilib. Nəticədə 2021-ci ilin yanvar ayında “BRSM-Nafta” şirkəti yeddi min ton məhsul əldə edib. Eyni zamanda MozırNeft emalı zavodunun 3,5 min ton məhsulunu da ünvanına çatdırılıb. Bu da 2020-ci ilin yanvar göstəriciləri ilə müqayisədə 4,5 dəfə çoxdur.
Ötən ay Belarus yanacağının Ukraynaya əsas idxalçısı ОККО və WOG şirkətləri olub. Belə ki, ОККО 25,8 min ton (2,5 dəfə artım), WOG isə 13,6 min ton yanacaq (+33 %) idxal edib.


Tarix: 9-02-2021, 14:44 Oxunub: 135


Bölməyə aid digər xəbərlər