Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“SOCAR Trading” işlərin uzaqdan idarəedilməsi ilə bağlı əhəmiyyətli addım atıb

Baxış: 346
Azərbaycanın “Azeri Light” markalı xam neftinin tədarükçüsü və SOCAR-ın marketinq və inkişaf proqramı üzrə təsisatı “SOCAR Trading” İT infrastrukturuna investisiya qoyuluşunu artırıb.
“SOCAR Trading” tərəfindən “J.P. Morgan” şirkətinin real vaxtda hesabat həllinə imkan verən “Insight API” tətbiqi qəbul edilib.
Məlumatda bildirilir ki, “SOCAR Trading” inkişaf etmiş İT sistemlərinə kifayət qədər diqqət ayırır və rəqəmsallaşdırılmış daxili nəzarət çərçivəsində çevik və uğurlu qlobal enerji ticarəti həyata keçirən şirkətlərdən biri statusunu layiqincə icra edir.
“Şirkətin “Insight API” həlli bizə pul balansı və digər bank məlumatları haqqında operativ məlumat əldə etmək üçün lazım olan çevikliyin, şəffaflığın təmin edilməsinə imkan yaradır” - deyə, şirkətdən məlumat verilib.
“SOCAR Trading” bu yeniliklə hesabdakı pul balansına, əməliyyat fəaliyyətinə, istifadəçi məlumatlarına və ödəmə əməliyyatlarına nəzarət edə bilər.
“SOCAR Trading” COVID-19 pandemiyası ilə əlaqədar işlərin uzaqdan idarəedilməsi istiqamətində fəaliyyəti genişləndirib. Bu səbəbdən şirkət işçilərinin sürətli və fasiləsiz bir keçidlə təmin edilməsi üçün İT infrastrukturuna sərmayəni artırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.