Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandan Rusiyaya alma və pomidor ixracına qoyulan qadağa müzakirə edildi

Baxış: 348
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan alma və pomidor məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı görüş keçirilib. 
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
Fevralın 3-də AQTA sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert arasında telefon danışığı olub.
Görüşdə AQTA sədri alma və pomidor istehsalı ilə məşğul olan müəssisələrdə nəzarətin gücləndirilməsi, həmçinin təsərrüfatlarda aparılan bitki mühafizəsi tədbirləri və həyata keçirilən birgə videomonitorinqlərlə bağlı məlumatları diqqətə çatdırıb. 
Aparılan telefon danışığı zamanı bitki mühafizəsi tədbirləri nəticəsində sağlamlaşdırılmış təsərrüfatlardan Rusiya Federasiyasına alma və pomidor məhsullarının ixracı məsələsi müzakirə olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.