Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avstriya XİN: “Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində vacib rol oynayır”

Baxış: 285
Avstriya və Azərbaycan enerji sahəsində yaxşı əməkdaşlıq edir.
Bunu Trend-ə Avstriya Avropa və Beynəlxalq İşlər Federal Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycan hazırda Avropanın enerji təminatının şaxələndirilməsinin vacib hissəsidir:
“Nabucco” layihəsi bizim istədiyimiz kimi başa çatmasa da, Azərbaycan hazırda Avropanın enerji təminatının şaxələndirilməsində vacib rol oynayır. Biz görürük ki, Azərbaycan Balkan və İtaliya vasitəsilə qaz tədarükçüsünə çevrilir. İlk qaz həcmləri bir müddət əvvəl Xəzərdən Avropaya nəql edilib. Avstriya üçün bu, çoxdan gözlənilən xəbər idi. Eyni zamanda biz SOCAR-ın Avstriyada fəaliyyətinin genişlənməsinin şahidi oluruq. Ştiriyada və Avstriyanın digər hissələrində artıq şirkətin bir neçə yanacaqdoldurma məntəqəsi mövcuddur”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.