22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Bolqarıstan sentyabr ayının sonunadək Azərbaycandan 225 milyon kubmetrə qədər təbii qaz almağı planlaşdırır.
Bu barədə Bolqarıstanın ən böyük qazpaylayıcı şirkəti “Bulgargaz”dan açıqlama verilib.
Məlumatda bildirilib ki, təbii qaz 2021-ci ilin doqquz ayı ərzində illik nəqletmə həcmi 3,68 milyard kub metr olan Yunanıstan sərhədində yerləşən Kula-Sidirokastro xətti ilə daşınacaq.
Əlavə edilib ki, illik daşıma həcmi 3 milyard kub metr olan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisində gecikmələrdən dolayı sentyabr ayının sonuna qədər təbii qazın daşınması qeyd edilən boru xətti vasitəsilə həyata keçiriləcək.
Şirkətdən verilən məlumata görə, Azərbaycan təbii qazının bu xətlə daşınması müvəqqətidir. Vurğulanıb ki, IGB qaz kəmərinin 2021-ci ilin oktyabrında işə başlaması gözlənilir və bundan sonra Azərbaycan təbii qazının daşınması razılaşdırılmış həcmdə davam etdiriləcək.
Qeyd edilib ki, Bolqarıstanın “Bulgargaz” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR arasında 25 illik müqavilə əsasında illik 1 milyard kubmetr təbii qazın nəqli üzrə razılıq əldə edilib.
Boru xəttinin operatoru olan Trans Adriatik Boru Kəməri (TAP) ilə 2020-ci ilin sonunda ilk Azərbaycan qazı Bolqarıstan və Yunanıstana çatdırılıb. Növbəti dövrdə TAP-ın Cənub və Şərqi Avropaya qaz ixracını artıracağı və tədarük portfelini şaxələndirəcəyi gözlənilir.
Bölməyə aid digər xəbərlər