Day, Month 00, Year
00: 00: 00 AM
Hakan Fidan Bakıya gəlib

11:10 / 18-01-2025

Dayanıqlı Sahibkarlıq

20:00 / 17-01-2025

Metaverse Sahibkarlıq

16:38 / 17-01-2025

Ötən il “Zığ” zavodunda neçə gəmi təmir olunub?

Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 46 müxtəlif təyinatlı gəmi təmir edilib.
ASCO-dan verilən məlumata görə, gəmilərin 8-i əsaslı, 20-si tərsanə, 18-i cari təmir olunub. Bu üzən vasitələrin 32-si ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 12-si Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aiddir.
Məlumata görə, təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.
ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.


Tarix: 1-02-2021, 11:39 Oxunub: 482


Bölməyə aid digər xəbərlər