Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın qızıl və gümüş hasilatı açıqlandı - FOTO

Baxış: 410
Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.
Sahibkartv.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ildə ölkəmizdə 7 881,3 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.
Onların ümumi hasilatı 2019-cu ilin göstəriciləri ilə müqayisədə 4,6 faiz artıb. Eləcə də, ötən il Azərbaycanda 3 571 kiloqram qızıl, 4 309,8 kiloqram gümüş hasil edilib. Əvvəlki illə müqayisədə qızıl hasilatı 3,8 faiz azalıb, gümüş hasilatı isə 12,8 faiz artıb.
Bildirilib ki, 1 yanvar 2021-ci il tarixinə görə, ölkədə 115,2 kiloqram hazır qızıl ehtiyatı, 64,6 kiloqram hazır gümüş ehtiyatı var.
Əlavə edək ki, 2020-ci ildə 2 641,6 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2019-cu illə müqayisədə 19,4 faiz artıb. İlin əvvəlində bu məhsul növü üzrə 242,6 ton hazır ehtiyat yaranıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.