Day, Month 00, Year
00: 00: 00 AM
Dünyada neftin qiyməti artır Dünyada neftin qiyməti artır

Dünya bazarında neft qiymətləri çərşənbə axşamı səhər saatlarında yüksəlir, treyderlər ABŞ-ın yeni iqtisadi yardım paketinin tələbin bərpa olunmasına yardım olacağına ümid edirlər.
“Sahibkartv” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmələrin məlumatları göstərir.
Belə ki, Bakı vaxtı ilə səhər saat 09:00-a olan məlumata görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0,43% artaraq bir barel üçün 51,12 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 0,48% dəyər qazanaraq bir barel üçün 47,85 ABŞ dollarına çatıb. “Brent”in fevral fyuçersləri də 0,45% artaraq bir barel üçün 51,09 ABŞ dolları təşkil edib.
ABŞ hökuməti koronavirus pandemiyasından zərər görən iqtisadiyyatı dəstəkləməyə davam edirlər. Prezident Donald Tramp bazar ertəsinə keçən gecə özündə koronavirus pandemiyası ilə əlaqədar ehtiyac duyulduğu deyilən 900 milyard dollarlıq iqtisadi yardım paketini də ehtiva edən 2021-ci ilin dövlət büdcəsi sənədini imzalayıb.
ABŞ-da COVID-19 ilə bağlı vəziyyət dünyada ən qorxunclarından biri olaraq qalır. Cons Hopkins Universitetinin verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 19,2 milyonu keçib, siyahıda ikinci olan Hindistanda bu göstərici 10,2 milyondur, dünyadakı yoluxmuş insanların sayı isə artıq 81 milyonu keçib.
“Yeni il ərəfəsində bazarlar çox qeyri-sabit görünür, lakin bu gün onlar... riskli bazarlar tərəfindən dəstək tapmalıdırlar. Çünki əhəmiyyətli stimullaşdırma fonunda səhmlər dəyər qazanır. Amma yeni COVID variantı səbəbi ilə neft bazarı üçün böyümə məhdud ola bilər”, - “Reuters” “Axi”nin dünya bazarları üzrə baş strateqi Stiven İnnesdən sitat gətirib.


Tarix: 29-12-2020, 10:06 Oxunub: 127


Bölməyə aid digər xəbərlər