Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda manatla geniş pul kütləsi yenidən tarixi maksimuma yüksəlib

Baxış: 351
Bu ilin dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 27 mlrd 147,1 mln manat təşkil edib.
"Sahibkartv"nin Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi noyabrın 1-nə nisbətən 0,7 % çox, ilin əvvəli ilə müqayisədə 6 % az, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,5 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi dekabrın 1-nə 18 mlrd 613,8 mln manat təşkil edib. Bu, noyabrın 1-nə olan analoji göstəricidən 0,2 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, keçən ilin analoji dövrü ilə müqayisədə isə 11,7% çoxdur.
Qeyd edək ki, manatla geniş pul kütləsinin həcmi 18 mlrd 613,8 mln manata çataraq tarixi maksimumunu yeniləyib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.