Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan əhalisi noyabrda dollar alışını azaldıb, satışını artırıb

Baxış: 391

Bu ilin noyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 140,979 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 96,910 mln. dollar və ya 40,7% azdır.

"Sahibkartv"nin Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda ölkə əhalisi dollar alışını 63,217 mln. dollar və ya 30,96% azaldıb.

Bu ilin yanvar-noyabr ayında ölkə əhalisi 3,145 mlrd. dollar alıb ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 35,1% çoxdur.

Bundan başqa, bu ilin noyabr ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 91,316 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 36,923 mln. dollar və ya 28,8% azdır, bu ilin oktyabr ayı ilə müqayisədə isə 5,065 mln. dollar və ya 5,9% çoxdur.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.