Day, Month 00, Year
00: 00: 00 AM

Anar Məmmədov: STAR NEZ illik 10 milyon tonluq istehsal həcmini keçib

STAR Neft Emalı Zavodu illik istehsal gücünü artırıb.
"Sahibkartv"nin məlumatına görə, SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodu ve “Petkim Petrokimya Holdinq”in Baş direktoru Anar Məmmədov deyib.
O bildirib ki, “SOCAR Türkiyə Enerji”nin əsas fabriklərindən etilen və PTA-ların həcmlərində artım baş verib. İllik 300 min ton dizayn həcmi olan etilen fabriki hazırda illik 600 min ton həcmlə işləyir.
Baş direktor əlavə edib ki, “Petkim Petrokimya Holdinq”inin hazırda 21 təsisi var. Onlardan 15-i əsas istehsalat vahidi, 6-sı köməkçi qurğulardan ibarətdir:
“Müəssisə illik 3 milyon 600 min ton məhsul istehsal edir. Satışa çıxarılan məhsulların həcmi isə 2 milyon ton səviyyəsindədir. Bu rəqəmlərlə Türkiyə bazarında 18 faiz paya sahibik. Türkiyə bazarı çox böyük bazardır və inkişaf edən bir bazardır. Bu sahənin Türkiyə bazarında inkişaf etdirilməsinə çox böyük imkanlar var”.
A. Məmmədov qeyd edib ki, müəssisə 2 əsas xammaldan istifadə etməklə (nafya və LPG) 50-dən çox məhsul istehsal edir və bu məhsullar Türkiyədə hər bir sahədə istifadə olunur. Pandemiya dövründə isə xüsusilə böyük həcmdə tibb məhsulları istehsal edilib.
STAR Neft Emalı Zavodunun fəaliyyətindən danışarkən o qeyd edib ki, zavodun illik dizayn istehsal gücü 10 milyon tondur, lakin artıq bu rəqəm üstələnib:
“Bu zavodun fəaliyyəti ilə Türkiyə bazarında əsaslı neft məhsullarına olan ehtiyacın 20-25 faizini təmin edə bilirik. İllik 10,3 milyon xam neft və 300 min ton təbii qazdan istifadə etməklə böyük həcmdə dizel yanacağı (4,8 milyon ton), aviasiya yanacağı (1,6 milyon ton), LPG (0,3 milyon ton), “Petkim Petrokimya Holdinq”ə verdiyimiz vacib xammal olan nafta (1,5 milyon ton), neft koksu (0,7 milyon ton), kükürd (0,2 miltyon ton), cəmi 10,1 milyon ton məhsul hasil edirik”.  


Tarix: 26-12-2020, 09:04 Oxunub: 259


Bölməyə aid digər xəbərlər