Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Elman Rüstəmov: “Dövlət büdcəsinin kəsiri hər il artır”

Baxış: 294
“Azərbaycanın dövlət büdcəsinin kəsirində gələn il də artım olacaq. Ümumiyyətlə büdcənin kəsiri hər il artır”.
Sahibkartv xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
“Bəzən büdcə kəsirinin maliyyələşdirilməsi ilə bağlı dayanıqlılığın itirilməsi problemi ilə qarşılaşırıq. Bütövlükdə, qeyri-müəyyənliklər, görəcəyimiz bərpa işləri ortamüddətli dövrdə proqnozlaşdırılır və bizim ortamüddətli proqramımıza ciddi təsir göstərəcək. İndiki reallıqlar, xüsusilə neft reallıqları tələb edir ki, daha yığcam rejimə keçək, yenidən büdcə qaydasına qayıdaq, makroiqtisadi dayanıqlılığı təmin edək”.
“Azərbaycan manatının məzənnəsi sabitdir, monetar sabitlik tam təmin edilib. 2018-2020-ci illərdə manatla pul bazası 54%-ə qədər artacaq. Bu il manatla verilən kreditin faizi 5,3 faiz bəndi azalıb. Son nəticədə o cümlədən biznes kreditlərində artım var”, - o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.