Day, Month 00, Year
00: 00: 00 AM
S&P Global Platts: Avropanın qaz bazarındakı rəqabətdə TAP-ın rolu

ABŞ-ın mayeləşdirilmiş təbii qaz (LNG) sənayesi, Əlcəzair və Rusiyanın Avropada tədarüklərini genişləndirməsi ilə gələn il qitənin enerji bazarında artan rəqabətlə qarşılaşacağı gözlənilir.
Sahibkartv xəbər verir ki, bunu əmtəə bazarları üçün müstəqil enerji xəbərləri və etalon qiymətləri təqdim edən “S&P Global Platts” deyib.
Qurum açıqlamada ABŞ-ın etirazına baxmayaraq Rusiyadan Almaniyaya gedən “Nordstream 2” boru kəmərinin iyun ayının sonuna qədər tamamlanması gözlənilir. Ötən ay fəaliyyətə başlayan Trans-Adriatik Boru Kəməri (TAP) də Xəzər dənizi ilə İtaliya arasında daşıma həcmlərini artıracaq.
Koronavirus pandemiyası səbəbi ilə Avropanın təbii qaz tələbinin azalması ABŞ-ın LNG müəsisələrinin gücünün az qismi ilə işləməsi gözlənilir.
“LNG ABŞ-da rəqabətdən kənarda qalacaq. Bu yay ABŞ-dakı LNG müəssisələri gücünün 40 %-dək azaldıb, gələn ildə eyni prosesin getməsini gözləyirik. İnsanlar üçün LNG-nin tranziti iqtisadi cəhətdən məntiqli deyil.”
Körfəz boyu mövcud LNG əməliyyatları alıb-almamalarından aslı olmayaraq müştərilərinə tədarük üçün ödəniş etməli olduğu uzunmüddətli razılaşmalarla geri dönə bilər. Ancaq Avropadakı vəziyyət gələcəkdə ABŞ-ın LNG layihələrinin həyata keçirilməsi ilə bağlı suallar doğurur.
Federal Enerji Tənzimləmə Komissiyasına görə, sentyabr ayına qədər ABŞ-da 7 LNG ixrac müəssisəsi fəaliyyət göstərirdi. Daha 5 müəssisə inşa edilridi və 15-i isə inkişaf mərhələsində idi.
ABŞ Enerji Nazirliyi bildirib ki, LNG ixracatı ilin əvvəlindən üçdəbir hissə azalıb və sentyabr ayında ixrac 150 milyard kubmetrə enib.
Ötən il qlobal LNG ixrac həcmi 3,5 % artıb, ancaq qlobal rəqabət də artıb. Belə ki, Avropada tələbinin aşağı olması gözlənərkən, ABŞ-ın LNG-ni böyüyən Asiya bazarlarına çıxması getdikcə çətinləşdi.
“Panama kanalından keçən bir LNG daşıyan gəmi bir çox tankeri Cənubi Amerikanın ətrafından dövr eləməyə məcbur edir, bu da Asiya bazarlarına LNG tədarükünü geçikdirdir. Kanaldan keçməmənin əlavə xərclərini nəzərə almalı olacaqlar”, - deyə analitik Kris Midgley deyib.


Tarix: 13-12-2020, 11:47 Oxunub: 170


Bölməyə aid digər xəbərlər