Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Türkiyəyə birbaşa investisiya qoyuluşunda ilk 10-luqdadır

Baxış: 483
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olduğu 2002-2020-ci illərdə (son 18 ildə) bu ölkənin iqtisadiyyatına birbaşa xarici investisiyaların məbləği 164,6 milyard ABŞ dolları təşkil edib.
Sahibkartv bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, illər üzrə investisiya qoyuluşunun ən yüksək həddi 2007-ci ildə (19,1milyard ABŞ dolları) qeydə alınıb.
Hesabat dövründə Türkiyə iqtisadiyyatına ən çox pul qoyan 5 ölkə Hollandiya (26,2 milyard ABŞ dolları), ABŞ (12,9 milyard ABŞ dolları), İngiltərə (11,6 milyard ABŞ dolları), Avstriya (10,6 milyard ABŞ dolları), Almaniya (10,1milyard ABŞ dolları) olub. İlk 10-luğa isə bu ölkələrlə yanaşı, Lüksemburq, İspaniya, Belçika, Fransa və Azərbaycan daxildir.
Dünyanın ayrı-ayrı regionları arasında isə Türkiyə iqtisadiyyatına investisiya qoyuluşuna liderliyi 120,1 milyard ABŞ dolları ilə Avropa edib. Onu 29 milyard ABŞ dolları ilə Asiya və 14,3 milyard ABŞ dolları ilə Amerika qitələri izləyib.
İqtisadiyyatın ayrı-ayrı sektorları üzrə investisiya qoyuluşuna gəlincə, ilk sırada 54,2 milyard ABŞ dolları ilə maliyyə, 18,1 milyard ABŞ dolları ilə enerji, 14,4 milyard ABŞ dolları ilə informasiya və rabitə, 11,1 milyard ABŞ dolları ilə isə topdansatış və pərakəndə ticarət sektorları qərarlaşıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.