22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Çərşənbə günü günortadan sonra neft qiymətləri koronavirus əleyhinə peyvəndin hazırlanması və sınanması, habelə qlobal iqtisadiyyatın, deməli, həm də neftə tələbatın sürətlə bərpasına təsir edəcək hadisənin yaşanması - ABŞ iqtisadiyyatına təqribən bir trilyon dollarlıq yeni yardım paketi ayrılması fonunda artmağa başlayıb.
"Sahibkartv" xəbər verir ki, bunu sövdələşmə məlumatları sübut edir.
Belə ki, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,88 % artaraq bir barel üçün 49,27 ABŞ dollarına, WTI markalı neftin yanvar fyuçersləri isə 0,94 % artaraq bir barel üçün 46,03 ABŞ dollarına çatıb.
Neft bazarları hələ də koronavirusa qarşı peyvəndin sınaqları ilə bağlı gələn xəbərlərə reaksiya göstərməyə davam edir. Böyük Britaniya “Pfizer” və “BioNTech” tərəfindən birgə hazırlanan peyvənddən istifadə edilməklə kütləvi peyvəndləməyə başlayıb. Bundan əlavə, ABŞ tənzimləyicisi bu peyvəndin effektivliyini təsdiqləyib. Bu cür məlumatlar hazırda neftə olan tələbatı azaldan hərəkətlə bağlı karantin məhdudiyyətlərinin tezliklə ləğv olunacağına ümid yaradır.
Bundan əlavə, çərşənbə gününə keçən gecə ABŞ maliyyə naziri Stiven Mnuçin ABŞ Maliyyə Nazirliyinin Konqresə iqtisadiyyatı stimullaşdırmaq üçün 916 milyard ABŞ dolları əlavə vəsait xərcləməyi təklif etdiyini açıqlayıb. Bu paket daha əvvəl irəli sürülən iki partiyalı təklifdən (908 milyard ABŞ dolları) bir qədər çoxdur. Özü də təklif olunan məbləğin 140 milyardının əməkhaqqına dəstək proqramının istifadə edilməmiş fondlarından, 429 milyardının isə Maliyyə Nazirliyinin vəsaitlərindən götürülməsi planlaşdırılır.
İndi investorlar ABŞ Energetika Nazirliyindən ölkədəki neft ehtiyatlarına dair məlumatlarını gözləyirlər. Analitiklər son həftə ərzində göstəricinin 1,42 milyon barel azalacağını gözləyirlər, halbuki Amerika Neft İnstitutunun (API) artıq açıqladığı məlumatlara görə, bu rəqəm, əksinə, 1,14 milyon barel artıb.
Bölməyə aid digər xəbərlər