Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlı futbolçu Polşada kubok qalibi oldu: Mükafatlandırılmaya bayrağımızla qatıldı - FOTO

Baxış: 454



Azərbaycanlı futbolçu Fuad Bayramov Polşada region kubokunun qalibi olub.
Sahibkartv.Az-ın xəbərinə görə, onun çıxış etdiyi KSZO klubu kubokun finalında “Çarni” komandası ilə qarşılaşıb.
KSZO-nun 4:3 qalib gəldiyi görüşdə Fuad 20-ci dəqiqədə möhtəşəm qola imza atıb. Bayramovun cərimə meydançasının kənarından vurduğu zərbə "doqquzluğ"a gedib. Bu onun Polşada yeddinci qolu olub.
Fuad Bayramov kubokun mükafatlandırılma mərasiminə Azərbaycan bayrağı ilə çıxıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.