Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Milli parkda nələr baş verir? - Polis 4 nəfəri saxladı, dəhşətli mənzərə üzə çıxdı

Baxış: 135

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq və çöl quşu ovlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, həmçinin xidməti əraziyə aid qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.
İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb. Ona baxış keçirilən zaman müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb.
Həyata keçirilən digər tədbir zamanı isə milli parkın ərazisində qanunsuz ov edən E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalov saxlanılıblar.
Həmin şəxslərdən sənədləri olmayan 4 ədəd ov silahı, həmçinin qanunsuz ovlanmış və “Qırmızı Kitab”a daxil olan müxtəlif növ 72 çöl quşu aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.