Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar

Baxış: 117
Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar


Bakı şəhər Binəqədi rayonu Fatmayi bağlar massivində oğurluq etdiyinə görə tutulmuş 2 nəfərin məhkəməsi başa çatıb.

 Binəqədi Rayon Məhkəməsində 1995-ci il təvəllüdlü Fuad Babayev və dostu, 1993-cü ildə anadan olmuş Samir Müseyibova (ad və soyadlar şərtidir) hökm oxunub.

Məhkəmədə bildirilib ki, hər iki şəxs Fatmayidə 2 bağ evinə gizli şəkildə daxil olaraq, evlərdən antik əşyaları, elektronika avadanlıqlarını oğurlayıblar. Onlar oğurladıqları əşyaları paytaxtın mərkəzindəki antik əşyalar mağazasında və ikinci əl əşyaların satışı ilə məşğul olan şəxslərə satıblar.

Zərərçəkmiş şəxslərdən biri ifadəsində bildirib ki, bir il imiş işlərinin çoxluğu ilə əlaqədar bağ evinə baş çəkmirmiş. O, evə getdikdə oradan oğurluq edildiyini və dəyəri 4000 manat olan qədim samovarın, eləcə də bir neçə digər dəyərli əşyanın yerində olmadığını görüb.

Polisə məlumat verildikdən sonra oğurluq törətmiş şəxslər saxlanılıb və barələrində cinayət işi başlanılıb.

O da məlum olub ki, oğurluğa görə məsuliyyətə cəlb edilən şəxslərdən 33 yaşlı Samir Vətən müharibəsi iştirakçısıdır və bir neçə medalla təltif edilib. Onun ilk dəfə cinayət törətməsi, Fuadın isə əvvəllər də məhkumluğunun olması qeyd edilib.

Məhkəmənin hökmü ilə Fuad Babayevə 2 il həbs cəzası verilib. Samir isə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elektron qolbaq taxılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.