Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda alim ölüb

Baxış: 27
Azərbaycanda alim ölüb


Azərbaycanda alim ölüb.

Azərbaycan Dillər Universitetinin (ADU) professoru Gəray Namaz oğlu Yusifov vəfat edib.  xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gəray Yusifov dünyasını dəyişib.

Qeyd edək ki, G.Yusifov 1936-cı il Yevlax rayonunun Salahlı kəndində anadan olub.

1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda İngilis dili fakültəsində təhsil alıb.
1960-1972-ci illərdə Yevlax rayon və Mingəçevir şəhər məktəblərində ingilis dili müəllimi kimi çalışmağa başlayıb. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda müəllim ştatına qəbul edilib. 1973-cü ildən baş müəllim, 1977-ci ildən dosent kimi fəaliyyətinə davam edib. 1979-cu ildə İngilis dili fakültəsi üzrə dekan, 1991-ci ildə Tərbiyə işləri üzrə prorektor vəzifəsinə təyin edilib.

1992-ci ildən 2026-ci ilə qədər Xarici dillərin tədrisi metodikası kafedrasında (indiki adı İngilis dilinin tədrisi metodikası kafedrası) professor vəzifəsində əmək fəalliyyətini davam etdirib.

6 kitab, akademik mətbuatda 38 məqalə və tezis, 1 monoqrafiya çap etdirib.

Allah rəhmət eləsin!


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.