Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidentin köməkçisindən yas mərasimləri ilə bağlı AÇIQLAMA

Baxış: 310
“Ölkədə keçirilən yas mərasimləri qeyri-qanunidir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 
O bildirib ki, bu gün şəhidlərimizin vida mərasiminə, dəfn mərasiminə gələn insanlar çoxdur:
“Biz onları başa düşürük. Heç bir halda buna mane ola bilmərik. Allah şəhidlərimizə rəhmət eləsin. Lakin xahişimiz budur ki, sosial məsafəyə riayət olunsun. Mümkün qədər az insan iştirak etsin.
Digər şəxslərin isə yaxınlarına yas mərasimi keçirməsi, çoxsaylı insanların bir yerə toplaşması qeyri-qanunidir. Bu hallara yol verilməməsini tövsiyə edirik”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.