Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qəbul imtahanları dörd gün ərzində keçiriləcək - RƏSMİ + VİDEO

Baxış: 315
“Qəbul imtahanlarının ikinci mərhələsinin keçirilməsinə avqustun ikinci yarısından başlanılacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bu həftə və gələn həftə əvvəlki və bu ilin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi keçiriləcək:
“Bundan sonra 10-15 gün ərzində imtahanların nəticələri emal ediləcək. Daha sonra isə imtahanların ikinci mərhələsi keçiriləcək.
Avqustun ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacağıq. Ümumilikdə, imtahanlar dörd gün ərzində keçiriləcək. Biz hər hansı təhlükənin olmadığına əmin olduqdan sonra imtahanların keçirilməsini elan edirik”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.