Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Vətəndaşların NƏZƏRİNƏ! - 1 fevral tarixindən... / VİDEO

Baxış: 240
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əyani qəbulla bağlı qaydalara dəyişiklik edib. Vətəndaşlara xidmətlər onlayn növbə əsasında göstəriləcək. Bəs, onlayn qeydiyyat hansı platforma üzərindən və necə həyata keçiriləcək?
Sahibkartv.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi gələn aydan etibarən vətəndaşların əyani müayinəsini fərqli qeydiyyat əsasında aparacaq.

Agentliyin mətbuat katibi Gülnar Əzizova "Xəzər Xəbər"ə bildirib ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədilə vətəndaşlara xidmət onlayn növbə əsasında göstəriləcək.
Qəbula yazılmaq üçün www.dtsera.az linki vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə ala bilərsiniz.
Sözügedən portal artıq istifadəyə verilib. Gələn aydan agentliyə əyani müayinə üçün müraciət etmək istəyən şəxslər portal vasitəsilə qeydiyyatdan keçə bilərlər.
[video=]

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.