Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ağdaşda ər arvadını uşaqlarının gözü qarşısında öldürüb

Baxış: 337
Ağdaş rayonunda ər arvadını qətlə yetirib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Nehrəxəlil kəndində baş verib. Tofiqi kənd sakini 1988-ci il təvəllüdlü Səttarov Tural Tahir oğlu həyat yoldaşı, Nehrəxəlil kənd sakini 1995-ci il təvəllüdlü Səttarova Nuranə Elburus qızını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib.
Qeyd edək ki, T.Səttarov N.Səttarova ilə 2012-ci ildə ailə həyatı qurub. Bir həftə əvvəl onlar arasında ailə münaqişəsi baş verib. Bu səbəbdən N.Səttarova üç azyaşlı övladı ilə atasının evinə gedib. T.Səttarov bu gün Nehrəxəlil kəndinə gedərək azyaşlı övladlarının qarşısında həyat yoldaşını qətlə yetirib.
Qeyd edək ki, bu, T.Səttarovun üçüncü evliliyidir.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.