Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zaqatalada 44 yaşlı kişini avtomobil vurub öldürdü

Baxış: 406
Zaqatalanın Çobankol kəndində axşam saat 21:30-da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
APA-nın məlumatına görə, rayonun Çobankol kənd sakini, 1976-cı il təvəllüdlü Şaban Murtuzəli oğlu Atayev “VAZ 2115” markalı minik avtomobili tərəfindən vurulub. 
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ş.Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Xəstəxanaya daxil olduqdan bir qədər sonra həkimlərin səylərinə baxmayaraq, Ş.Atayev aldığı xəsarətlərdən ölüb. 
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.