21:19 / 03-12-2024
20:45 / 03-12-2024
20:21 / 03-12-2024
19:47 / 03-12-2024
19:23 / 03-12-2024
18:51 / 03-12-2024
18:20 / 03-12-2024
17:39 / 03-12-2024
17:00 / 03-12-2024
16:41 / 03-12-2024
16:00 / 03-12-2024
15:30 / 03-12-2024
14:00 / 03-12-2024
13:39 / 03-12-2024
13:39 / 03-12-2024
13:16 / 03-12-2024
13:02 / 03-12-2024
12:19 / 03-12-2024
12:09 / 03-12-2024
12:05 / 03-12-2024
12:01 / 03-12-2024
11:56 / 03-12-2024
11:41 / 03-12-2024
11:17 / 03-12-2024
11:13 / 03-12-2024
11:08 / 03-12-2024
11:03 / 03-12-2024
10:45 / 03-12-2024
10:40 / 03-12-2024
10:04 / 03-12-2024
09:59 / 03-12-2024
09:45 / 03-12-2024
Kubra Məhərrəmova yazır...
Dünyadan baxanda Azərbaycan nöqtə boydadır, amma Azərbaycan bütöv bir NİDADIR!
Azərbaycan başdan-başa oddur, tufandır, qasırğadır. Onun qarşısında heç kim dura bilməz!
Heç bir təxribatçı qüvvə, satqın, xain tab gətirə bilməz! Nə xaricdə, Azərbaycandan kənarda oturub, dövlətçiliyə əl uzadan şərəfsizlər, nə də içimizdə təxribat yaratmaq istəyən alçaqlar. Heç biriniz bu xalqın qarşısında tab gətirə bilməzsiniz! Azərbaycan dövləti əbədidir, bölünməzdir!
Bu ölkəni şərəfli xalq yaradıb. Bu ölkəni namuslu oğullar qanı bahasına qurub. Bu azadlığı, müstəqilliyi heç kim bizə sinidə gətirib verməyib. Biz bunu qanımız bahasına əldə etmişik. Qurbanlar vermişik!
Heç kim düşünməsin ki, bizi məhv edə bilər! Bacarmaz! Çünki Azərbaycan xalqı, milləti bu gecə nəyə qadir olduğunu bir daha ortaya qoydu. 15.07.2020-ci ildə yeni tarix yazdı! Minlərlə insan meydanlara, küçələrə axışdı. Dövlətin yanında olduğunu, Ali Baş Komandanın yanında olduğunu bildirdi! Cəbhədə vuruşan əsgərinin, ordusunun yanında olduğunu bildirdi!
Bəli, xalq bir daha bütün regiona, erməniyə, gürcüyə, farsa bildirdi ki, bizi əzmək mümkün deyil.
Mümkün deyil! Hər bir şəhidin yerinə minlərlə könüllü duracaq. Hər güllənin qarşısında minlərlə sinə duracaq. Son damla qana qədər mübarizə aparacaq! Qalib gələcək!
Biz heç kimdən qorxmuruq! Bu gün hər birimiz əsgərik. Hər birimiz dövlətimizi qoruyuruq! Qeyd-şərtsiz! Əmrə tabeyik hamımız! Ali Baş Komandanın əmrinə! Onun bir kəlməsi ilə xalq Qarabağa getməyə hazırdır. Bundan böyük birlikmi olar? Bundan böyük qəhrəmanlıqmı olar?
Bunu görən düşmənlərə bundan böyük sinə dağımı olar?
Biz heç vaxt belə güclü olmamışıq. Biz heç vaxt regionu belə lərzəyə gətirməmişik. Ordumuz iki gün içində ermənilərin dədəsini yandırdı, anasını ağlar qoydu. Ordumuz məhv etdiyi düşmən obyektlərinin videolarını bir-bir xalqa təqdim etdi. Şəhidlərimizin olduğunu xalqdan gizlətmədi!
Canımız yandı, ürəyimiz partladı, amma biz heç vaxt zəfərə bu qədər yaxın olmadıq! Ey xalq, ey mərd oğullar, qizlar ölkəsi! Bizim bağrımızın başı qan ağlasa da, biz mübariz millətik!
Xalqın adından yalan paylaşan şərəfsizlərə üzümü tuturam! Qarabağ qazisinin fotosunu paylaşıb, üstündən “etiraz aksiyasına qoşuldu” yazanlara səslənirəm!
Sizin şərəfinizə tüpürüm! Xalq şəhidini alqışla, bayraqla qarşıladı. Xalq şəhidini qəhrəman kimi qarşıladı. Ağlamadan, sızlamadan! Xalq əsgərinin, generalının, ordusunun, Ali Baş Komandanının yanındadır!
Xalq etiraz eləmir! Xalq cəbhəyə dəstəyini göstərir! Xalq bütün gecəni “Şəhidlər ölməz, vətən bölünməz” hayqırdı! Belə etirazmı olur? Xalq axmaq deyil. Üç-beş nəfər təxribatçı xainin əlində də oyuncaq deyil! Polis maşınını çevirən, Milli Məclisin binasına daxil olanlar da tapılacaq, hansı qüvvələrə işlədikləri də bilinəcək. Düşmən qüvvələr bu həssas məqamda öz alçaq əməllərindən əl çəkmir, xalqı ixtişaşa sürükləyir. Xalq buna imkan verməyəcək!
Xalq səngərdə keşik çəkən əsgərinə, xalq döyüşən generalına, xalq ordusuna, Ali Baş Komandanına inanır!
Bu gün şəhidlərimizə uzanan dilləri, əlləri məhv etməliyik. Şəhidimizin adından istifadə edənləri yox etməliyik. Onların bir məqsədi var: Azərbaycanı parçalamaq. Sizcə, düşmənimiz ancaq ermənidir? Xeyr! Heç kim güclü Azərbaycan dövləti görmək istəmir. Bunu birdəfəlik anlamalıyıq.
Bu gün biz güclü olduğumuz qədər də zəifik. Püskürən vulkanıq. Qarşısında ağı-bozu görməyən böyük qüvvəyik. Bu gün biz soyuq başla, məntiqlə qüvvəmizdən istifadə etməliyik. Təxribatlara uymadan, axmaq adamların şəxsi mənafeyinə Azərbaycanı, dövlətimizi qurban vermədən!
Bizim buna haqqımız yoxdur. Çünki qarşıda bizi böyük döyüşlər, böyük zəfərlər gözləyir!
Ali Baş Komandan, əmr ver! Xalq sizdən əmr gözləyir! Xalq sizin yanınızdadır! Xalq sizə güvənir!
Və sonda - Qarabağ Azərbaycandır və nida işarəsi! - bizim yeni və əbədi tariximizdir!
Bölməyə aid digər xəbərlər