Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan Ermənistanın Azərbaycana hücumunu qınadı - VİDEO

Baxış: 335
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycanla sərhəddə Tovuz istiqamətdə atəşkəsi kobud şəkildə pozmasını qınayıb. 
“HaberGlobal” xəbər verir ki, o, Türkiyənin bütün imkanları ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib. 
Ərdoğan Ermənistanın təxribatının qarşısını alarkən şəhid olan azərbaycanlı hərbçilərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib. 
O, son hücumun Dağlıq Qarabağ istiqamətində deyil, münaqişədən kənar olan Tovuz rayonu istiqamətdə həyata keçirilməsi və ağır silahlardan istifadə edilməsini diqqətə çatdırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.