Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mübariz Mənsimov işə çıxdı - Fotolar

Baxış: 246

Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ev həbsi üzərindən götürüldükdən sonra ilk gün işə çıxıb.
Sahibkartv.az xəbərinə görə, bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva öz feysbuk hesabında məlumat verib.
Mübariz Mənsimov işə donüşü ilə əlaqədar əməkdaşların qarşısında çıxış edib: “350 gün nələr yaşadığınızı bilirəm. Artıq yeni səhifə açırıq. Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram, daha yaxşı günlər bizi gözləyir”.
Xatırladaq ki, ötən ilin martında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılan M. Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.
İş adamı iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.