Day, Month 00, Year
00: 00: 00 AM
Kürdə batan daha bir nəfərin meyiti tapıldı

İyulun 9-u Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan daha bir nəfərin meyiti tapılıb. Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.


Tarix: 11-07-2020, 11:04 Oxunub: 108


Bölməyə aid digər xəbərlər
10-07-2020, 09:59 Qazaxda raket tapılıb - FOTO
7-07-2020, 16:22 Kürdə bir nəfər batdı