Göygöl rayonunda ferma yanıb.Report-un məlumatına görə, hadisə rayonun Fikrət Əmirov qəsəbəsində qeydə alınıb
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Hadisə nəticəsində iki nəfər tüstüdən zəhərlənib. Zəhərlənənlər FHN-in əməkdaşlarıdır. Onlardan biri Göygöl Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxs isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.


































