Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda VAR-ın tətbiqinə başlanılır - DETALLAR + FOTO

Baxış: 202
Azərbaycanda VAR (videoköməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı bu gün FIFA ilə videokonfrans formatında ilk görüş keçirilib.
Prosesə bu ilin mart ayından etibarən mərhələli şəkildə start veriləcək.



Birinci mərhələdə ali futbol qurumu VAR-la bağlı ilkin rəy verəcək və bu, 1,5-3 ay davam edəcək. İkinci etapda müvafiq bəyannamə qəbul olunacaq. Hazırlıq və məşq mərhələsindən sonra layihə təsdiqlənəcək.
Sonuncu – beşinci isə monitorinq və nəzarət mərhələsidir ki, bu da davamlı şəkildə keçiriləcək.
Qeyd edək ki, pandemiya ilə əlaqədar göstərilmiş müddətlərdə müəyyən gecikmələr ola bilər.
Onu da bildirək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ötən ay jurnalistlərə açıqlamasında VAR sisteminin Azərbaycan Premyer Liqasında tətbiqinin ən yaxşı halda 2022/23 mövsümündə reallaşa biləcəyini qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.