Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İmtahanlarda güzəştlərin olması barədə TƏKLİF

Baxış: 251
“İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir”.
Sahibkartv.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.
Onun sözlərinə görə, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb:
“Sessiya imtahanları onlayn qaydada dörd həftə ərzində keçiriləcək. Əslində, keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Ən vacib məsələ odur ki, bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi”.
“Pandemiya şəraitində yazılı imtahanlar olsa da, əsasən şifahi formaya keçirilib. Pandemiyadan sonra bəlkə yaz, bəlkə də daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik”, - deyə o əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.