Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Toylar nə vaxtdan başlaya bilər? - AÇIQLAMA

Baxış: 270
“Sərt karantin rejimi gözlənilən kimi fayda verdi”.
Bunu Milli.Az-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib.
O, peyvəndləmə başlayandan sonrakı ilk bir neçə ayın nəticələri barədə də danışıb:
“Sərt karantin rejiminin tətbiqindən sonra yoluxma sayında azalmalar müşahidə etdik. Üstəlik də peyvəndləmə başladıqdan, əhalinin böyük qrupu peyvəndləndikdən sonra biz artıq rahatlaşa bilərik. Peyvəndləmə başlayandan sonrakı ilk bir neçə ayda təbii ki, nəticəni görmək mümkün olmaya bilər, hələ də yoluxmalar davam edəcək. Çünki ilk başda risk qrupunda olan insanlarda peyvəndləmə aparılacaq. Bura tibb işçiləri, yaşlılar, xroniki xəstəliyi olanlar və s. daxildir. Ondan sonra da yavaş-yavaş əhalinin digər qrupları peyvəndlənəcək.
Deyərdim ki, 2021-ci ilin axırlarına biz nəticələrdə fərqlilik görməyə başlaya bilərik. Yəni, daha rahat ola bilərik. Ümid edək ki, bu zaman kütləvi tədbirlər, toy-nişan mərasimləri də bərpa olunmağa başlayacaq”.  

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.