Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin edilir

Baxış: 271
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zəfərimizin qəhrəmanlarından biri olan, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Abbas Mədəd oğlu Yusifovun da yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.
Prezident İlham Əliyevin sərəncamı ilə Yusifov Abbas Mədəd oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb. Ona protezləşməyə hazırlanması üçün lazımi təlimatlar verilib. 
7-10 gün ərzində protezləşməyə tam hazır olandan sonra Abbasdan ölçülər götürülərək yüksək texnologiyalı protezlə təmin ediləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.