Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Daha bir qazi ailəsinə dəstək işləri aparılır

Baxış: 275
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə bağlı dəstək tədbirləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu günlərdə Nazirlik əməkdaşları müharibədə yaralanmış Hüseynzadə İman Vahid oğlunun ailəsini də ziyarət ediblər.
Beyləqan rayonunda yaşayan ailə İmanın özü, valideynləri, qardaşı, həyat yoldaşı və azyaşlı övladından ibarətdir. Ailənin istifadəsində əkin üçün pay torpağı var.
İmanın qardaşı müddətdən artıq hərbi qulluqçudur. Dəstək tədbiri olaraq qazinin atası növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Onun üçün proqram çərçivəsində heyvandarlıq təsərrüfatı yaradılacaq.
Qazinin özünün müalicə müddəti bitəndən sonra əlilliyi qiymətləndiriləcək və əlillik təyin olunduğu halda müvafiq sosial ödənişlər alacaq.
Ünvanlı sosial yardım proqramına dair qanunvericilik, sosial yardımın alınması üçün müraciət proseduru barədə ailəyə məlumat verilib. Qazi ailəsinin yaşayışı diqqətdə saxlanacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.