Day, Month 00, Year
00: 00: 00 AM
Vətən Müharibəsində iştirak edən Orxan Aydınov ilə görüş keçirildi - FOTO

Bu gün Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vuqar Zeynalov ölkəmizin ərazi bütövlüyü uğrunda 29 sentyabr 2020-ci il tarixindən Vətən Müharibəsinə könüllü yollanan və döyüşlərdə iştirak edən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının (RİHBA) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aydınov Orxan Xəqani oğlu ilə görüş keçirib.
İcra hakimiyyətindən verilən məlumata görə, görüşdə icra hakimiyyəti başçısının müavinləri və RİHBA-nın əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Böyük Qələbə münasibəti ilə qalib əsgərimizi təbrik edərək bu qələbədə Ali Baş Komandan İlham Əliyevin və Rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd edib.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hərbçilərimizə, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan söz açan RİH başçısı həmin qayğının hər birimiz üçün örnək və nümunə olduğunu vurğulayıb: 
“Azərbaycan dövləti, Azərbaycan xalqı Vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaq. Onlar və ailələri daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər”.
Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə Orxan Aydınov Azərbaycan Ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarını, torpaqlarımız azad olunduqca yaşadıqları hisslərdən söz açıb.
Sonda tədbir iştirakçıları ilə Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilib.







Tarix: 6-01-2021, 14:07 Oxunub: 138


Bölməyə aid digər xəbərlər