21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də şəhid İsmayılov Amid Eldar oğludur. Şəhidimiz 1988-ci il fevralın 11-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub.
Şəhidimizin xalası oğlu Hüseyn Ağayev qəhrəmanımız haqqında xatirələrini Trend-ə danışıb.
“Amid üç bacının bir qardaşı idi. Ailənin bütün əziyyətini çəkən olub. Uşaqlığından sakit, mədəni, vətənpərvər insan idi. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki işlərdə işləyib. Bir müddət sonra Amid yenidən hərbiyə qayıdıb. N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb”, - deyə Hüseyn qeyd edib.
H.Ağayev bildirib ki, İkinci Qarabağ müharibəsi başlayanda Amid Füzuli rayonu istiqamətində döyüşlərə yolanıb:
“Onu da qeyd edim ki, Birinci Qarabağ savaşı vaxtı şəhidimizin atası da Füzuli istiqamətində döyüşüb. Amid Füzulinin bir neçə kəndinin erməni işğalçılarından azad olunmasında iştirak edib. Qəhrəmanlıqla döyüşən Amid sentyabrın 28-də şəhid olub. Həmin günü də Biləsuvar rayonunun Təzəkənd kəndində dəfn olunub.
Ailəli idi. Bizlərə üç aylıq qızı yadigar qaldı. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub”.
Bölməyə aid digər xəbərlər