Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR Kiyevdə yeni yanacaqdoldurma məntəqəsi açır

Baxış: 340
Ukraynanın paytaxtı Kiyev şəhərində yaxın günlərdə SOCAR şirkətinə məxsus yeni yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayacaq. Artıq son tamamlanma işləri gedir.
Bu barədə AZƏRTAC-a SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”dən məlumat verilib.
Yeni yanacaqdoldurma məntəqəsi avtomobillərin daha intensiv hərəkət etdiyi Stepan Bandera prospektində yerləşir. Bununla da “SOCAR Energy Ukraine”ın Kiyevdə yanacaqdoldurma məntəqələrinin sayı 13-ə çatacaq. Yeni komplekslərin üstün cəhəti onların xüsusi dizaynla müasir sənaye üslubunda tikilməsidir.
Burada hər şey SOCAR-ın ənənəsinə uyğun olaraq beton, şüşə və metal konstruksiyaların vəhdətindən ibarətdir.
Bu il ərzində, həmçinin Xarkov və Dnepr şəhərlərində də yeni yanacaqdoldurma kompleksləri açılacaq.
Qeyd edək ki, “SOCAR Energy Ukraine” Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60 kompleks, 2 yağ bunkerçisi daxildir. Onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.