Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Turizm Agentliyindən "Yeni il" xəbərdarlığı

Baxış: 242
Son zamanlar sosial şəbəkələrdə və bir sıra saytlarda bəzi hotellərin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı şənlik və konsert proqramları daxil edilən bayram paketləri təklif olunur.
Sahibkartv xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Agentlik Nazirlər Kabinetinin müvafiq qərarını rəhbər tutaraq bildirir ki, hotellərdə yuxarıda qeyd olunan bayramlarla əlaqədar kütləvi tədbir, şənlik və konsert proqramlarının təşkil edilməsi qadağandır.
Ölkə vətəndaşlarının Bakıda və ya regionlarda yerləşən hotellərdə keçirilən bayram tədbirlərində iştirakla bağlı hər hansı elan və dəvətlərə aldanmamaları, xüsusi karantin rejimi qaydalarına əməl etmələri zəruridir.
Xüsusi karantin rejimi dövründə bu növ faktlar aşkarlanacağı təqdirdə müvafiq dövlət qurumları tərəfindən qarşısı alınacaq, təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.