Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Koronavirusu məhv edən təbii vasitə tapıldı

Baxış: 306
Biyan kökündə mövcud olan qliserin turşusu koronavirusu məhv etmək qabiliyyətinə malikdir.
Sahibkartv xəbər verir ki, bu barədə Essen Universiteti Hospitalının “BioRxiv” portalında yerləşdirilən tədqiqatda məlumat verilir.
Belə ki, biyan kökünun su ekstraktı 0,5-1 mg/l, yəni həmin bitkinin çayına nisbətən daha az miqdarda tarazlaşdırıcı təsirə malikdir. Ona görə də araşdırma müəllifləri koronavirusun müalicəsi üçün biyan kökü çayının faydalı ola biləcəyi qənaətinə gəliblər. Hərçənd bunu sübut etmək üçün biyan kökünün də, qliserin turşusunun da daha ətraflı tədqiqinə ehtiyac duyulduğu bildirilib.
Qliserin turşusunun virusları məhv etmək xassəsi daha əvvəllər adi herpesin və bir sıra başqa virusların üzərində sübuta yetirilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.