Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bugün Bakıda Zəfər paradı keçiriləcək

Baxış: 317
2020/12/parad-1607492910.jpg

Bugün Bakıda Vətən müharibəsində qələbəyə həsr olunmuş möhtəşəm hərbi parad keçiriləcək.
Sahibkartv xəbər verir ki, paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları da keçid edəcəklər.

Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq.

Qeyd edək ki, Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.


Sahibkartv.az

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.