Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aya Sofyanın muzey statusu ləğv edildi

Baxış: 312
Türkiyəli jurnalist Mehmet Ardıc Türkiyə Cümhuriyyəti hökumətinin 27 noyabr 1934-cü il tarixli Aya Sofya məbədinə muzey statusunun verilməsi haqqında qərarının ləğv edildiyini açıqlayıb.
“Yeniakit” qəzetinin jurnalisti “Twitter”də xəbər verib ki, tarixi qərar Türkiyənin Dövlət Hüquq Şurası tərəfindən təsdiqlənib.
Jurnalist əlavə edib ki, Dövlət Hüquq Şurası məsələyə birdəfəlik nöqtə qoyub.
Qeyd edək ki, Türkiyədə Aya Sofya məbədinin yenidən məscid kimi istifadə olunması barədə fəal müzakirələr gedirdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.