Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

MİDA 100 milyon manatlıq 7 tenderə yekun vurub

Baxış: 356
Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində 30 yaşayış binasının tikintisi (6 tender), eləcə də ərazinin şaquli planlaşdırılması, səki və yolların inşası, abadlıq və yaşıllaşdırma işlərinin görülməsi (1 tender) ilə bağlı elan etdiyi 7 açıq tenderə yekun vurub.''Sahibkartv'' vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Yar İnşaat Təmir Tikinti” MMC, “DDlar İnşaat” QSC, “Hovers Group” MMC, “GM Construction” MMC, “Hünər İnşaat” Firması, “HN Construction” MMC və “Kavkaz-L” QSC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 8,868 milyon manat, 8,869 milyon manat, 17,732 milyon manat, 17,666 milyon manat, 18,295 milyon manat, 18,144 milyon manat və 9,899 milyon manat, ümumilikdə isə 99,472 milyon manat ödəniləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.