Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidentdən tarixi sevincli xəbər - ŞUŞA İŞĞALDAN AZAD EDİLİB

Baxış: 287
Şuşa şəhəri işğaldan azad edilib. 
Marja xəbər verir ki, bunu xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!.
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”,- Dövlətimizin başçısı bildirib
Şuşa 28 il yarım işğal altında idi.
"Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır", - İlham Əliyev deyib.
Prezident Şuşanın da yenidən bərpa ediləcəyini bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.