Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu şirkət Qarabağda terrorçu rejimi maliyyələşdirir

Baxış: 189
"Jonson&Jonson” şirkəti Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimi maliyyələşdirir.
QanunXəbər.com Oxu.az-a istinadən xəbər verir ki, şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula “Jonson&Jonson” tərəfindən 50% əlavə ediləcəyini bildirib.
Bu addımla “Jonson&Jonson” Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombaları istifadə edən terroristik qurumu dəstəkləyir.
Sosial şəbəkə istifadəçiləri A.Akopyanın addımının araşdırılması və bu aksiyanın dayandırılması ilə bağlı “Jonson&Jonson” şirkətinə məktublar ünvanlayıb.
Əks halda şirkətin istehsal etdiyi bütün mallarının idxalı Azərbaycana qadağan edilməsi təklif edilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.