Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənilərin kabusuna çevrilən “qarapaltarlılar” – Foto

Baxış: 192
Ermənistan mediasında ən çox vurğulanan “əsas ittiham fakt”larından biri Azərbaycan Ordusundakı “qarapaltarlılar”dır.
QanunXəbər.com xəbər verir ki, hətta Ermənistan baş naziri Nikol Paşinyan da xarici mediaya açıqlamasında Azərbaycan Ordusunda “qarapaltarlılar” olduğunu və onların “muzdlular olması ehtimalının” yüksəkliyini iddia etmişdi.
Hadrut və Suqovuşanda “peyda olan” “200 nəfərlik qarapaltarlı”dan erməni mediası dəhşətli qorxu ilə bəhs edir.
Bəs, Ordumuzdakı “qarapaltarlılar” kimlərdir?
Müxtəlif ölkələrin ordusunda xüsusi təyinatlıların qara paltardan istifadə etməsi ənənəsi var. Azərbaycan Ordusunun xüsusi təyinatlıları içərisində də qara formadan istifadə edilir. Yeri gəlmişkən qeyd edək ki, DİN xüsusi təyinatlıları da əsasən qara formalıdır.
Azərbaycan Ordusunun qara formalı xüsusi təyinatlılarının təlim video və fotoları internetin imkanları daxilindədir. Amma düşmən bunu görməzdən gəlməyə üstünlük verir: belə məlum olur ki, “qarapaltarlı” xüsusi təyinatlılarımız düşməni vahiməyə salan əməliyyatların aktiv iştirakçılarıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.